Messi Ronaldonun təklifini müsbət qarşıladı

18:33 - 12 Sentyabr 2019

"Barselona"nın ulduz futbolçusu Lionel Messi "Sport" nəşrinə açıqlamasında "Yuventus"da çıxış edən Kriştiano Ronaldo ilə bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı hücumçu Ronaldonun onunla birgə nahar etmək fikrinə müsbət yanaşıb:

 

"Hər zaman söylədiyim kimi, mənim Ronaldo ilə heç bir problemim yoxdur. Yaxın dost olmaya bilərik, çünki eyni komandada çıxış etməmişik. Buna baxmayaraq, mükafatlandırma mərasimlərində rastlaşırıq və bir problem yoxdur. Son mükafatlandırmada da xeyli söhbət etdik. Birgə nahar edəcəyimiz bilmirəm. Çünki yollarımızın kəsişib-kəsişməyəcəyi məlum deyil. İkimizin də öz həyatı və şəxsi planları var. Ancaq belə bir təklif gələrsə, qəbul edərəm".

Xəbər xətti