UEFA-dan "Qarabağ"a 4 milyona yaxın vəsait

16:21 - 16 Sentyabr 2019

“Qarabağ” Futbol Klubunun 2019/2020-ci il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA-dan ayrılmış 2,750,000  (iki milyon yeddi yüz əlli min) avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

 

Sportal.az xəbər verir ki, bu vəsait Avropa Liqasının qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.


Bundan əlavə, “Qarabağ”ın son 10 ildə Avropa Kuboklarında göstərdiyi nəticələrə əsasən müəyyənləşmiş əmsala görə, UEFA-nın ayırdığı 1,142,880 (bir milyon yüz qırx iki min səkkiz yüz səksən) avro vəsait də AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.

Xəbər xətti