Neymarın cəzası yüngülləşdirildi

Ötən mövsüm Çempionlar Liqasının 1/8 finalında “Mançester Yunayted”lə cavab oyunundan (1:3) sonra "Instagram" hesabında hakimləri təhqir edən PSJ-nin hücumçusu Neymar üç oyunluq cəza almışdı.

 

Sportal.az xəbər verir ki, Paris klubu CAS-a şikayət edib. Komitə 27 yaşlı futbolçunun cəzasını iki oyuna endirib.

 

Braziliyalı futbolçu Çempionlar Liqasında "Real" və "Qalatasaray"la keçiriləcək oyunları buraxmalı olacaq.

Tarix: 17 Sentyabr [14:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2019
15  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio