Cenk Tosun Qətər klubuna keçir?

İngiltərənin "Everton" klubunun baş məşqçisi Marko Silva komandanın hücumçusu Cenk Tosunu əsas heyətdən kənarlaşdırıb.

 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, Qətərin "Əl-Qarafa" klubu Türkiyə yığmasının üzvü ilə maraqlanır. Liverpul təmsilçisində əsas heyətdən kənar qalan 28 yaşlı forvard ayrılığa müsbət yanaşır. Məlumata görə, Qətər klubu ciddi təklif irəli sürəcək.

 

Bundan əlavə, Türkiyənin "Beşiktaş" klubunun sabiq hücumçusunu 1,5 illik icarəyə götürmək üçün qışda təklif irəli sürmək fikrindədir.

 

"Everton" Cenk Tosunu ötən il 22,5 milyon avroya "Beşiktaş"dan transfer etmişdi. Tosun "Beşiktaş"da 142 oyuna 64 qol vurub, 13 assist edib.  Türkiyəli hücumçu "Everton"da 44 oyuna 9 qol vurub, 4 assistlə yadda qalıb.

 

Tarix: 17 Sentyabr [18:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2019
15  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio