"Bornmut"un baş məşqçisi Beqoviçin "Qarabağ"a keçidindən danışdı

12:28 - 18 Sentyabr 2019

İngiltərənin "Bornmut" klubunun baş məşqçisi Eddi Hou komandanın qapıçısı Asmir Beqoviçin "Qarabağ"a  icarəyə verilməsindən danışıb.

 

Sportal.az xəbər verir ki, "Daily Echo"ya danışan "gilaslar"ın 41 yaşlı ingiltərəli mütəxəssis bosniya və herseqovinalı qolkiperin Ağdam klubuna keçidinin düzgün qərar olduğunu bildirib:

 

"Beqoviçin "Qarabağ"a keçməsi bütün tərəflər üçün ən yaxşısı idi. Onunla heç bir münaqişə olmayıb. Oynamaq istədiyini dedi. Yekunda onunla görüşdük və mahiyyət etibari ilə icarəyə verilməsi bizim və onun üçün ən yaxşı variant oldu. Onun mütəmadi oynaması üçün şərait yaratdıq. İcarə müddəti bitəndən sonra nə olacağını görəcəyik".

 

32 yaşlı qapıçı "Qarabağ"ın heyətində Premyer Liqanın IV turunda "Neftçi"yə qarşı matçda debüt edib. Təcrübəli qolkiper qapısını toxunulmaz saxlayıb.

 

Beqoviçin "Qarabağ"la müqaviləsi ilin sonuna qədərdir. 

Xəbər xətti