Çempionlar Liqasında het-trik edən futbolçu Azərbaycanda oynamaqdan imtina edib

13:38 - 19 Sentyabr 2019

Çempionlar Liqasında qrup mərhələsinin I turunda Zaqreb "Dinamo"su turnirdə debüt mövsümünü keçirən "Atalanta"nı 4:0 hesabı ilə məğlub edib.

 

Xorvatiya klubunun heyətində Mislav Orşiç het-trik edib. 26 yaşlı hücumameylli yarımmüdafiəçi bu oyundan sonra diqqət mərkəzinə düşüb. 

 

Orşiç 2 il öncə karyerasını Azərbaycanda davam etdirə bilərmiş.

 

Sportal.az xəbər verir ki, bu barədə agent Erkin İbrahimov sosial şəbəkə hesabında yazıb: 

 

"Mislav Orşiçlə 2 il öncə klublarımızın birinə mümkün keçidi barədə danışmışdım. O vaxt Orşiç Cənubi Koreyada ("Ulsan Hunday") çıxış edirdi və sıradan bir oyunçu sayılırdı.

 

Çıxışını diqqətlə izləyirdim, onun yaxın gələcəkdə milliyə qədər yüksələcəyi mənə artıq bəlli idi. Orşiçin müqaviləsi bitmək üzrə idi, klub axtarışında idi.

 

Azərbaycan çempionatına gəlməsinə qarşı deyildi. "Dediyin klubda nə kimi maaş ala bilərəm" sualı verdi. Cavabımdan sonra bir də gördüm ki, "blok"dayam".

 

Orşiç Xorvatiya millisinə bu ildə dəvət alır və yığmada bir oyun keçirib.

Xəbər xətti