Asmir Beqoviç: "Hələ qarşıda çox oyun var"

16:16 - 20 Sentyabr 2019

"Qarabağ"ın bosniya və herseqovinalı qapıçısı Asmir Beqoviç Avropa Liqasının qrup mərhələsinin I turunda "Sevilya"ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra "Twitter" hesabında azarkeşlərə təşəkkür edib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı qapıçı irəlidə oyunların olduğunu bildirib:

 

"Dünən axşam möhtəşəm komandaya qarşı oynadıq və ağır məğlubiyyət aldıq. Hələ oynayacağımız çox matç var və biz davam edirik. Möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür edirəm".

 

Xəbər xətti