Zidan: "Geri döndüyümdən bəri ən yaxşı oyunumuzu keçirdik"

13:37 - 23 Sentyabr 2019

İspaniya La Liqasının V turunda səfərdə "Sevilya"nı 1:0 hesabı ilə məğlub edən "Real"ın çalışdırıcısı Zinəddin Zidan oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, fransalı mütəxəssis oyundan məmnun qaldığını deyib:

 

"Xoşbəxtəm və oyundan məmnun qaldım. Çox yüksək səviyyədə keçirdiyimiz oyun oldu. Benzema növbəti dəfə bizə qələbə qazandırdı. Ancaq yaxşı müdafiə olunduğumuzu da söyləməliyəm. Geri döndüyümdən bəri ən yaxşı oyunumuzu keçirdik. Bütün futbolçularımı təbrik edirəm. Meydanda vuruşdular və qələbəni haqq etdilər. Beyl, Xames və Hazard bizim üçün vacib futbolçulardır. Hücumda effektli olacağımızı bilirik. Ancaq hamının müdafiəyə də kömək etməsi lazımdır. Qalib gəlməyin şifrəsi budur. Bu tip oyunlarda hamı müdafiəyə kömək etməlidir".

Xəbər xətti