Riyaziyyat VAR-ı mat etdi

İngiltərə Premyer Liqasında bu mövsümdən VAR-ın (Video Assistan Referee) tətbiqindən sonra bir neçə oyundakı qərar münahisəyə səbəb olub.

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "Mançester Siti"nin mühəndis azarkeşlərindən biri VAR-ın qərarlarına görə riyazi hesablamalar aparıb. Hovard Rocers adlı fanatın hesablamasına görə, VAR oyundankənar vəziyyətlər üçün yetərli deyil.

 

Saniyədə 50 epizod yaddaşa alan kamera driblinq sürəti 34,97 km/saat olan Rahim Sterlinqin ofsaydda olub-olmaması ilə bağlı ciddi səhv edə bilər. Saniyədə 9,7 metr qaçan Sterlinq VAR-ın ofsayd kamerasını sürətdə qabaqlayır.

 

Hesablamalara görə, VAR sürətli futbolçunun 20 sm-dən daha qısa məsafədə ofsaydda olduğuna qərar verərsə, səhv etmiş olacaq.

 

Tarix: 26 Sentyabr [15:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2019
15  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio