Belottinin dublu "Milan"ı xalsız qoydu - VİDEO

01:09 - 27 Sentyabr 2019

İtaliya A Seriyasında V tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Milan" səfərdə "Torino"nun qonağı olub. "Qırmızı-qaralar" ilk hissəni 1:0 hesabı ilə öndə tamamlasa da, meydan sahibləri fasilədən sonra iki qol vuraraq qələbə qazanıb. Turinlilərin qollarını Andrea Belotti vurub.

 

"Torino" 9 xalla 5-ci, "Milan" 6 xalla 10-cu sırada qərarlaşıb.

 

"Torino" - "Milan" - 2:1

Qollar: Andrea Belotti, 72, 76 - Kriştof Pyontek, 19, (pen.)

 

Xəbər xətti