Kamal Mirzəyevə zədə mane oldu, komandası 5 qolla qalib gəldi

00:54 - 29 Sentyabr 2019

Küveyt Premyer Liqasında ikinci tura start verilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamal Mirzəyevin çıxış etdiyi "Əl-Salmiyə" səfərdə "Əl-Şabab Küveyt"lə qarşılaşıb və 5:3 hesablı qələbə qazanıb.

 

Kamal oyunun iştirakçısı olmayıb. Ötən həftə məşqdə yüngül zədə alan futbolçu bu matçı buraxmalı olub.

 

24 yaşlı dayaq yarımmüdafiəçi ilk turda 90 dəqiqə oynamış və həftənin rəmzi komandasında yer almışdı.

Xəbər xətti