AFFA-dan Rauf Əliyevlə "Qəbələ"yə ciddi xəbərdarlıq

13:58 - 1 Oktyabr 2019

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda Premyer Liqanın VI turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


Premyer Liqanın VI turunun “Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra “Neftçi” klubunun 19 №-li futbolçusu Rauf Əliyev azarkeş ilə münaqişəyə girdiyinə görə futbolçuya ciddi xəbardarlıq olunur.

 

"Qəbələ" klubuna azarkeşlərinin davranışına görə kluba ciddi xəbardarlıq olunur.


Bu hallar yenidən təkrarlanacağı təqdirdə ciddi sanksiyalar tətbiq olunacaq.

Xəbər xətti