Eriksen həyat yoldaşının adına çıxan söz-söhbətlərə son qoydu

Ötən günlərdə "Tottenhem"in futbolçusu Kristian Eriksenin komanda yoldaşı Yan Vertongeni həyat yoldaşı ilə yaxaladığı barədə xəbərlər yayılmışdı.

 

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, sosial şəbəkələr və xəbər portallarında bu barədə məlumatlar dolaşırdı. Məlumata görə, Vertongen Eriksenin xanımı Sabrina Kvisti sevir və onunla birlikdə olur. "Tottenhem"in ÇL-in qrup mərhələsində "Bayern"lə oyunda 2:7 hesablı məğlubiyyətin səbəbi kimi komanda daxilində yaxşı atmosferin olmadığı göstərilirdi. Qarşılaşmadan öncə kapitan Harri Keynin paltardəyişmə otağında bu məsələni çözmək üçün böyük toplantı keçirdiyi bildirilir.

 

Eriksen bu oyundan sonra "Twitter" hesabında məlumatları təkzib etdi. Ardından Vertongen də komanda yoldaşına qoşuldu və yayılan xəbərləri yalanlamış oldu.

 

Eriksen 2012-ci ildən Kvistlə birgədir. Onların Alfred adlı oğlu 2018-ci ildə dünyaya gəlib.

Tarix: 3 Oktyabr [11:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2019
15  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio