İtaliya klubunun sahibi vəfat etdi

14:54 - 3 Oktyabr 2019

"Mapei" firmasının və İtaliyanın "Sassuolo" klubunun sahibi Corcio Skuintsi vəfat edib.

 

Sportal.az xəbər verir ki, 76 yaşlı iş adamı uzun sürən xəstəlikdən sonra gözlərini əbədi yumub.

 

Futbola böyük maraı olan Skuintsi "Milan" azarkeşi idi. Buna baxmayaraq, o, 2002-ci ildən "Sassuolo"nun sahibi idi.

 

O, "Yaşıl-qaralar"a sahiblənəndə klub C Seriyasında yarışırdı. "Sassuolo" 2013-cü ildən A Seriyasında mübarizə aparır.

Xəbər xətti