Rəşad Sadıqov azarkeşləri necə sakitləşdirdi? - VİDEO

10:32 - 4 Oktyabr 2019

Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan "Düdelanj" - "Qarabağ" (1:4) oyunu ilk hissədə erməni təxribatı ilə əlaqədar dayandırılıb. 

 

Buna dron vasitəsilə stadionun üzərində qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının qaldırılması səbəb olub. "Qarabağ"ın azarkeşləri buna kəskin etirazlarını bildiriblər.

 

Sportal.az xəbər verir ki, gərgin anlardan sonra "Qarabağ"ın kapitanı Rəşad Sadıqov azərbaycanlı azarkeşlər tərəfə yollanıb, onlarla qısa söhbət edib. Təcrübəli müdafiəçi onlardan meydana daxil olmamalarını xahiş edib.

 

Xəbər xətti