"Provokasiya ilə əlaqəmiz yoxdur" - "Düdelanj"dan açıqlama

11:16 - 4 Oktyabr 2019

Lüksemburqun "Düdelanj" klubu "Qarabağ"a qarşı Avropa Liqasının qrup mərhələsinin II tur oyununda baş verən erməni təxribatına görə üzr istəyib.

 

Sportal.az xəbər verir ki, klub sosial şəbəkə hesabları vasitəsilə bunları qeyd edib:

 

"Azərbaycanlı qonaqlarımızdan üzr istəyirik. Bu provokasiya ilə heç bir əlaqəmiz yoxdur. Məsələni araşdıracağıq".

 

Matçın 31-ci dəqiqəsində dron vasitəsilə stadiona Qondarma Dağlıq Qarabağ rejiminin bayrağı buraxılıb. Bundan sonra 20-25 dəqiqəlik fasilə yaranıb. Ardınca Lüksemburqun idman naziri baş verənlərə görə Azərbaycan xalqından üzr istəyib. UEFA-nın qərarı ilə bir qədər sonra matç qaldığı yerdən davam edib. Görüş Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsiylə başa çatıb.

Xəbər xətti