"Auqsburq"un qapıçısı kuryoz qola səbəb oldu - VİDEO

16:34 - 7 Oktyabr 2019

Almaniya Bundesliqasının 7-ci turunda "Borussiya" (Münhenqladbax) "Auqsburq"u 5:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, "Borussiya Park"da keçirilən oyunda meydan sahiblərinin 4-cü qolunda qonaqların qapıçısı Tomaş Koubek səhvə yol verib. Çexiyalı qapıçı müdafiəçinin ötürməsini qəbul edə bilməyib və yıxılıb. Fürsətdən Alassan Plea yararlanıb.

 

Qarşılaşmada "Borussiya" 5:1 hesabı ilə qalib gəlib.

 

 

 

Xəbər xətti