Hökumətdən qərar: Hollandiya adından imtina edildi

17:32 - 7 Oktyabr 2019

Niderland hökuməti "Hollandiya" termini ilə bağlı yeni qərar verib.

 

Sportal.az "Adformatie" nəşrinə istinadən xəbər verir ki, ölkə Niderland adı ilə formalaşacaq. 2020-ci ildə keçiriləcək "Eurovision" yarışmasında ölkənin adı Niderland kimi təqdim ediləcək.

 

Ölkənin futbol yığmaları bundan sonra Hollandiya adlandırılmayacaq. Yığma komandalar Niderland adı altında çıxış edəcək.

 

Hökumət Hollandiya adının narkotik və Amstredamın Qırmızı işıq bölgəsi kimi təsvir edildiyi üçün bu qərarı verib.

Xəbər xətti