Şahmat üzrə Dünya Kubokunun qalibi olan Teymur Rəcəbov qələbə münasibətilə onu təbrik edən prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Sportal.az xəbər verir ki, 32 yaşlı qrossmeyster "Instagram" hesabında bu barədə yazıb:
“Xoş sözlərlə məni bu nailiyyətimdən ötrü təbrik edən cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Mənim bu oyunum və qələbəm həmvətənlərimi qürurlandırmaq və onlara ağlasığmaz olanın belə mümkünlüyünü göstərməkdən başqa bir şey deyil”.