UEFA-dan Əliyar Ağayevə təyinat

13:49 - 9 Oktyabr 2019

FIFA referisi Əliyar Ağayev AÇ-2020-in seçmə mərhələsinin oyununa təyinat alıb.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı referi Farer adaları - Rumıniya matçını idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakimi funksiyasını Rəhim Həsənov yerinə yetirəcək. 

 

Hakim-inspektor Stefen Loc (İngiltərə), UEFA nümayəndəsi Riçard Qavrilla (Slovakiya) olacaq.

 

F qrupunda keçiriləcək Farer adaları - Rumıniya matçı oktyabrın 12-də olacaq.

Xəbər xətti