Millinin Norveçə məğlubiyyəti - VİDEO

22:31 - 9 Oktyabr 2019

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

 

Sportal.az xəbər verir ki, Samir Əliyevin başçılıq etdiyi kollektiv Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

 

Çexiyanın Fridek-Mistek şəhərindəki "Stovki" stadionunda keçirilən oyun Norveçin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Avropa çempionatının seçmə mərhələsi, 7-ci qrup

9 oktyabr

 

Azərbaycan - Norveç - 0:1

Qol: Elnur İbrahimov, 6 (avtoqol)

 

Xəbər xətti