Təhsil Nazirliyi "Sabah"ı təltif etdi

18:36 - 10 Oktyabr 2019

Bu gün 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi çərçivəsində “Təhsil avtobusu-Nəsimi” yay məktəbi layihəsinə dəstək olan qurumların mükafatlandırılması mərasimi keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində reallaşdırılan “Təhsil Avtobusu-Nəsimi” Yay Məktəbinin (23-29 iyul 2019-cu il) uğurla həyata keçirilməsinə dəstək verdiyi üçün “Sabah” Futbol Klubunu təltif edib.

 

“EXPO Center”də keçirilən tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Sabah” klubunun nümayəndəsi Pərvin Piriyevə təşəkkürnamə təqdim edib.

Xəbər xətti