Ronaldodan 700-cü qol - "Rekordlar özü məni tapır"

AÇ-2020-nin seçmə mərhələsində Ukrayna ilə qarşılaşmada Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo karyerasının 700-cü qoluna imza atıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın 78-ci dəqiqəsində penaltidən fərqlənən 34 yaşlı futbolçu 700-cü qolu 973-cü oyununda vurub. Ronaldo bu qarşılaşmalarda 218 assist edib, 54 het-trik reallaşdırıb.

 

Ronaldo şəxsi rekordu ilə bağlı bunları deyib: “Nə qədər rekordumun olduğunu bilmirəm. Mən sadəcə, anı yaşamağa çalışıram. Mən rekorda getmirəm, rekordlar özü məni tapır. Bu, təbii gedən bir prosesdir, qarşıya məqsəd qoymaqla olmur. Ümid edirəm ki, "Yuventus"da 701ci qolu vuracam”.

 

Tarix: 15 Oktyabr [13:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2019
19  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio