Ronaldo "Instagram" gəlirlərində Messini iki dəfə üstələyir

"Instagram"da ən çox gəlir əldə edən ulduzların siyahısı açıqlanıb.

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "Yuventus"un futbolçusu Kriştianu Ronaldo hamıdan çox reklam gəliri götürür. Portuqaliyalı hücumçu ötən ildə reklam postlarından 38,2 milyon funt-sterlinq gəlir qazanıb. "Barselona"nın hücumçusu Lionel Messinin qazancı 18,7 milyon funt-sterlinq olub.

 

Ronaldo postun birini 780 min, Messi isə 518 min funt-sterlinq qarşılığında paylaşır.

 

Ronaldonun "Instagram"da 186 milyon, Messinin isə 133 milyon izləyicisi var.

 

Amerikalı model Kendall Cenner 12,7 milyon funt-sterlinq qazancla üçüncüdür. İngiltərə millisinin sabiq üzvü Devid Bekhemin qazancı 8,6 milyon, amerikalı müğənni Selena Qomes isə 6,4 milyon funt-sterlinq gəli götürüb.

 

Tarix: 16 Oktyabr [15:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2019
16  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio