Nokaut zərbəsi alan boksçu vəfat etdi

12:12 - 17 Oktyabr 2019

ABŞ-da keçirilən boks yarışında aldığı zərbədən sonra nokaut olan Patrik Dey dörd gün komada qaldıqdan sonra vəfat edib.

 

Sportal.az xəbər verir ki, oktyabrın 13-ü Çikaqodakı "Vintrust Arena"da Çarls Kounuellə qarşılaşmanın 10-cu raundunda başından aldığı zərbədən sonra yerdə qalan Patrik Dey dərhal xəstəxanaya aparılmışdı. Bu gün xəstəxanadan verilən açıqlamaya görə, 27 yaşlı idmançı gözlərini əbədi yumub.

 

Kounuell "Twitter"də verdiyi açıqlamada təəssüfləndiyini deyib: "Mən görüşdə qalib gəlmək istəyirdim. Belə şeyin olmasını isə heç istəmirdim. Həyatda kimsə belə ölümü haqq etmir".

 

10-cu raundda nokaut olan Patrik Dey beynindən ağır travma almışdı. Amerikalı idmançı karyerasında 22 görüş keçirib və bunların 17-də qalib gəlmişdi. Onun aktivində 4 yenilgi və 1 heç-heçə var idi.

Xəbər xətti