"Qarabağ"ı Bakıda təəccübləndirmək bizə asan olmayacaq"

15:17 - 22 Oktyabr 2019

Lüksemburqun "Düdelanj" klubunun prezidenti Romen Şumaxer Avropa Liqasının qrup mərhələsindəki oyunları barədə danışıb.

 

Sportal.az “Estadio Deportivo” nəşrinə istinadən xəbər verir ki, o, "Sevilya" ilə keçiriləcək səfər oyunu öncəsi fikirlərini bölüşüb və "Qarabağ"dan danışıb:

 

"Bu mövsüm Avropada etdiklərimiz möcüzədir. Bir həvəskar klub üçün böyük uğurdur. Gələn illərdə bunun təkrarlanacağını söyləmək çətindir. "Sevilya" ötən il qarşılaşdığımız "Real Betis"dən daha güclüdür. Bizimlə müqayisədə, onlar başqa dünyadır. Qrupda APOEL-ə səfərdə qalib gəlsək də, "Qarabağ"a evdə uduzduq. Düşünürəm ki, yenidən APOEL-ə qalmək çətin olacaq. "Qarabağ"ı Bakıda təəccübləndirmək bizə asan olmayacaq. Çox seçim imkanımız yoxdur”.

 

"Qarabağ" II turda "Düdelanj"ı səfərdə 4:1 hesabı ilə məğlub etmişdi.

Xəbər xətti