Azərbaycan millisi FIFA-nın reytinq cədvəlinidə gerilədi

12:12 - 24 Oktyabr 2019

FIFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisi sıralamada geriləyib. Nikola Yurçeviçin yetirmələri ötən ayla müqayisədə 2 pillə geriləyərək, 111-ci yerə enib. Komandanın xal aktivi də 1191-dən 1189-a düşüb.

 

Milli hesabat dövründə yoldaşlıq görüşündə Bəhreynə qalib gəlib (3:2), AÇ-2020-nin seçmə mərhələsində isə Macarıstana məğlub olub (0:1).

Xəbər xətti