Milli Moldovaya uduzdu

16:12 - 25 Oktyabr 2019

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təlim-məşq toplanışını başa vurub.

 

Sportal.az xəbər verir ki, yığma hazırlıq prosesində Moldova ilə ikinci yoxlama görüşündə üz-üzə gəlib.

 

CPSM stadionunda baş tutan qarşılaşma ev sahiblərinin qələbəsi ilə nəticələnib. Artyom Voytkanın 52 və 80-ci dəqiqədə vurduğu qollar millinin meydanı 0:2 hesablı yenilgi ilə tərk etməsinə səbəb olub.

 

İki gün əvvəl bu komandalar arasında keçirilən ilk yoxlama görüşündə Azərbaycan millisi eyni hesabla qalib gəlib.

Xəbər xətti