Kannavaro istefaya göndərildi

13:17 - 29 Oktyabr 2019

Çinin "Quançjou Everqrand" klubu baş məşqçisi Fabio Kannavaro istefaya göndərilib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Super Liqanın lideri istefanın səbəbini açıqlamayıb.

 

"Quançjou Everqrand" çempionatın son üç turunda qalib gəlməyib. İtaliyalı mütəxəssisin klub rəhbərliyi ilə yola getmədiyi üçün istefaya göndərildiyi iddia edilir.

 

 

46 yaşlı çalışdırıcı 2017-ci ildən Çin klubunun baş məşqçisi idi.

Xəbər xətti