Ayxan Abbasov İsayevi əsas komandaya qaytardı

10:53 - 31 Oktyabr 2019

Azərbaycan Premyer Liqasının 9-cu turunda “Neftçi” ilə qarşılaşan “Sumqayıt” bir günlük istirahətin ardından “Zirə” ilə qarşılaşmanın hazırlığına start verib.

 

Sportal.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında “Kapital Bank Arena”da məşqə çıxıb.

 

Yüngül qaçışla başlayan məşqdə daha sonra fiziki çalışmalara yer verilib. Toplu hərəkətlərin ardınca isə hazırlığa ikitərəfli oyunla yekun vurulub.

 

Beş aylıq fasilədən sonra kluba dönən Aleksey İsayev ilk dəfə əsas heyət üzvləriylə bərabər məşqə çıxıb. Ayxan Abbasov son 10 günü əvəzedici komandada keçirən yarımmüdafiəçini artıq əsas komandaya daxil edib.

 

Image may contain: 4 people, outdoor

Image may contain: one or more people, people playing sports and outdoor

Image may contain: 3 people, people smiling, people playing sports, people standing and outdoor

Image may contain: 3 people, people smiling, people standing, beard and outdoorImage may contain: 2 people, people standing and outdoorImage may contain: 4 people, people playing sports and outdoorImage may contain: 3 people, people playing sports and outdoorImage may contain: 1 person, playing a sport and outdoor

Xəbər xətti