Kloppdan təqvimlə bağlı sərt etiraz: “Əvəzimizə “Arsenal” oynasın”

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Liqa Kubokunun 1/8 finalında "Arsenal"a qalib gəldikləri oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, alman mütəxəssis sıx təqvimdən şikayətlənib:

 

"FIFA klublararası dünya çempionatında iştirak etməyimizi istəyir. İngiltərə Futbol Federasiyası isə ölkə kubokunda oynamağımızı tələb edir. Açığı, hansına qatılacağımızı bilmirəm. Milad günü saat 15:00-da oyun salmasınlar, amma qalan vaxtlara oyunları salmasalar, meydana çıxmağımız mümkünsüzdür. Əlbəttə, bir komandanın bütün turnirlərdə iştirak etməyəcəyini düşünüb, təqvim hazırlayanda rahat olur. Əgər təqvimdə dəyişiklik etməsələr, 1/4 finalda "Arsenal"da oynasın. Biz bu oyunda qalib gəlmək istəyirdik və bacardıq. Lakin növbəti oyunlar üçün uyğun tarix tapmasalar, "Arsenal" əvəzimizə oynasın".

 

"Liverpul" dekabrın 14-ü Premyer Liqada "Uotford"la üz-üzə gələcək. 2 gün sonra "qırmızılar" Liqa Kubokunun 1/4 finalında "Aston Villa" ilə qarşılşacaq. Mersisaydlıların dekabrın 18-i və 21-i klublararası dünya çempionatında oyunları var.

Tarix: 31 Oktyabr [16:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Noyabr 2019
13  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio