Ronaldo: "İnter"in birinci olması bizi qəzəbləndirdi"

İtaliya A Seriyasının 10-cu turunda "Cenoa" ilə matçda (2:1) komandasnın 90+6-cı dəqiqədə qələbə qolunu vuran Kriştiano Ronaldo açıqlama verib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçu A Seriyasında "İnter"lə rəqabət aparmalarından danışıb:

 

"Biz "Yuventus"uq, sona qədər savaşmalıyıq. Üç xal üçün xoşbəxtik. Çoxlu şaslarımızı dəyərləndirə bilmədik. Oyundan öncə "İnter"in turnir cədvəlində lider olması bizi daha çox hirsləndirdi. Buna görə də yalnız qələbəni hədəfləyirdik".

 

"Yuventus" 26 xalla yarış cədvəlinin lideridir. "İnter" 25 xalla 2-cidir.

 

Tarix: 31 Oktyabr [18:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
3 İyun 2020
2  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio