Kamal Mirzəyev Küveytdə qol hesabını belə açdı - VİDEO

11:40 - 1 Noyabr 2019

Küveyt Premyer Liqasında 5-ci turunda azərbaycanlı futbolçu Kamal Mirzəyevin çıxış etdiyi "Əl-Salmiyə" "Əl-Tadamon"u evdə məğlub edib - 3:1.

 

Sportal.az xəbər verir ki, 90 dəqiqə meydanda olan Kamal Küveyt klubunda ilk qolunu vurub.

 

Komandada aparıcı simaya çevrilən 24 yaşlı dayaq yarımmüdafiəçi matçın 82-ci dəqiqəsində hesab 1:1 olarkən fərqlənib.

 

"Əl-Salmiyə" 10 xalla 10 komanda arasında 3-cü yerdə qərarlaşıb.

 

 

 

Xəbər xətti