"CBC Sport"un ad günü təbriki - VİDEO

12:12 - 1 Noyabr 2019

Bu gün "CBC Sport" telekanalının 4 yaşı tamam olur.

 

Bu münasibətlə telekanal musiqili layihə təqdim edib. Murad Arifin Bakı Olimpiya Stadionunda ifa etdiyi "We didnt start the fire" mahnısının çəkilişlərinə idmançılar qatılıb.

 

2015-ci ilin bu günündə ölkədə ilk dəfə HD təsvir formatında rəsmən yayıma başlayan "CBC Sport" qısa müddətdə bir sıra uğurlara imza atıb. Azərbaycan Premyer Liqasının, milli komandanın bir çox oyunlarının, əksər beynəlxalq yarışların rəsmi yayımçısı məhz bu telekanaldır.

 

"CBC Sport" kollektivini 4 yaşı münasibətilə təbrik edir, telekanala yeni nailiyyətlər arzulayırıq.

 

Xəbər xətti