Rauf Cabbarov "Yuventus"un oyununa təyinat aldı

12:32 - 1 Noyabr 2019

FIFA referisi Rauf Cabarov beynəlxalq təyinat alıb.

 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Cabbarov UEFA Gənclər Liqasında “Lokomotiv” (Moskva, Rusiya) – “Yuventus” (Italiya) oyununun baş hakimi olacaq. Ona Namiq Hüseynov və Pərvin Talıbov kömək edəcək.

 

Qarşılaşma noyabrın 6-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək. 

Xəbər xətti