Son "Everton"un futbolçusunun ayağını qırdı, göz yaşlarını saxlaya bilmədi - VİDEO

İngiltərə Premyer Liqasının 11-ci turunun "Everton" - "Tottenhem" matçında (1:1) xoşagəlməz hadisə baş verib.

 

Sportal.az xəbər verir ki, qonaqların hücumçusu Son Hın-Min oyunun 78-ci dəqiqəsində rəqibin yarımmüdafiəçisi Andre Qomeşlə mübarizə zamanı onun ayağını qırıb. Rəqibin ağrılar içində olduğunu görən cənubi koreyalı futbolçu göz yaşlarını saxlaya bilməyib. Qarşılaşmanın baş hakimi Martin Etkinson Sona qırmızı vərəqə göstərib.

 

Sümüyü qırılan portuqaliyalı futbolçu əməliyyat ediləcək.

 

 

 

Tarix: 4 Noyabr [10:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio