“Sabah” 11 oyunluq seriyaya son qoydu

“Sabah” səfərdəki qələbəsiz oyunlar seriyasına son qoyub.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, ardıcıl 11 dəfə rəqib meydanlarında qalib gəlməyən paytaxt klubu Premyer Liqanın X turunun “Qəbələ” ilə görüşündə 3 xal qazanıb – 2:1. Bunadək bakılıların son səfər qələbəsi fevralın 2-nə təsadüf edib. “Zirə”nin meydanında 2 cavabsız qola sevinən “Sabah” sonrakı 11 oyunda 4 heç-heçə edib və 7 dəfə uduzub.


274 günlük seriyanın qırılması həm də paytaxt klubunun Premyer Liqada 5-ci səfər qələbəsi kimi tarixə düşüb. “Sabah” əvvəlki 19 qarşılaşmada 4 dəfə üç xal əldə edib.

 

“Qəbələ” – “Sabah” oyunu X turda qalibi müəyyənləşən yeganə qarşılaşmadır. Premyer Liqanın 8 komanda ilə keçirildiyi dövrdə 6-cı dəfə belə hal yaşanıb. 2016/17 mövsümündə 1, 2017/18 mövsümündə 4 dəfə turun dörd görüşündən üçündə heç-heçəyə təsadüf olunub.

 

Tarix: 4 Noyabr [11:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2019
17  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio