"Qarabağ" "Neftçi" ilə oyunda dayandı

“Qarabağ”ın qol seriyası qırılıb.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, Premyer Liqanın X turunda “Neftçi”nin qonağı olan əyalət klubu mövsümdə ilk dəfə meydanı qol vurmadan tərk edib – 0:0. Bununla da son çempionun 17 oyunluq qol seriyası başa çatıb.


Cari mövsümün əvvəlki 9 qarşılaşmasında 19 topa imza atan “Qarabağ” ötən çempionatın son 8 görüşündən də qolsuz ayrılmayıb. Həmin matçlarda ağdamlılar 26 dəfə rəqib qapısına yol tapıb.


Qol sevinci yaşadığı 17 matçda 45 dəfə fərqlənən “Qarabağ”ın seriyası 2019-cu il martın 9-dan sonra başlayıb. Həmin gün evdə “Zirə”ylə qolsuz heç-heçə qeydə alınıb.


Bu, “Qarabağ”ın Azərbaycan çempionatlarında 3-cü göstəricisinin təkrarıdır. Klub tarixinin rekordu 2016-cı ildə qeydə alınan 23 matçlıq qol seriyasıdır. 2018-19-cu illərdə 19, 1992-93-cü illərdə isə 17 oyunluq seriya yaşanıb.

 

Tarix: 4 Noyabr [11:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Noyabr 2019
13  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio