“Qarabağ”da zədəlilərin son durumu: Filip Ozobiç məşqlərə başladı

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Kiprdə APOEL-in qonağı olacaq “Qarabağ”da zədəli futbolçuların son durumu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Mahir Emreli və Filip Ozobiç bu qarşılaşmanl buraxmalı olacaq. Yayda zədələnən Ozobiç fərdi məşqlərə başlayıb. O, kollektiv məşqlərdən bir müddət kənar qalacaq.

 

Xayme Romero, Faysal Rerras, Abbas Hüseynov və Simeon Slavçev APOEL-lə oyuna hazırdır.

 

APOEL – “Qarabağ” oyunu noyabrın 7-si Bakı vaxtı ilə 21:55-də Nikosiyada yerləşən GSP stadionunda baş tutacaq.

Tarix: 4 Noyabr [17:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Fevral 2020
19  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio