De Liqt heyətə salınmadı, Demiral üçün oynamaq şansı

16:37 - 5 Noyabr 2019

“Yuventus”un Çempionlar Liqasının 4-cü turunda “Lokomotiv”ə qarşı Moskvada keçirəcəyi oyunun heyəti açıqlanıb. Sportal.az xəbər verir ki, zədəli olan Matteys de Liqt iştirak ərizəsinə salınmayıb.

 

Zədəsinin müalicəsi üçün niderlandlı müdafiəçi Turində saxlanılıb. 20 yaşlı futbolçunun yoxluğunda start heyətdə Merih Demiral, ya da Daniele Ruqani oynayacaq.

 

“Yuventus”da Corco Kyellini uzun müddətə sıradan çıxıb. Əmrə Can və Mario Mancukiç Çempionlar Liqasında iştirak ərizəsinə daxil edilməyib.

 

“Lokomotiv” – “Yuventus” oyunu noyabrın 6-sı Bakı vaxtı ilə 21:55-də baş tutacaq.

Xəbər xətti