Dünya çempionatları tarixinə düşən futbolçu Azərbaycan klubuna keçə bilər

12:32 - 7 Noyabr 2019

Cənubi Afrika Respublikası millisinin sabiq üzvü Sipive Çabalala karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportal.az "Times Live" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə Premyer Liqanın bir neçə klubu maraqlanır.

 

Ötən mövsüm "Ərzurumspor"da çıxış etmiş cənubi afrikalı yarımmüdafiəçi hazırda klubsuzdur. Təcrübəli futbolçu karyerasını başa vurmaq fikrində olmadığı üçün klub axtarışındadır.

 

Çabalala 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatının Meksika ilə açılış matçında (1:1) ilk qolun müəllifi kimi tarixə düşüb.

 

Çabalala 2007-2018-ci illərdə ölkəsinin "Kayzer Çifs" klubunda 209 oyuna 34 qol vurub. O, ötən mövsüm "Ərzurumspor"da 17 oyun keçirib.

Xəbər xətti