Azərbaycan millisi yenə böyük hesabla uduzdu

22:52 - 7 Noyabr 2019

Qadın futbolçulardan ibarət Azərbaycan millisi AÇ-2021-in seçmə mərhələsində ikinci oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı yığma Çexiyanı qəbul edib. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Milli ilk oyunda İspaniyaya da 0:4 hesabı ilə uduzmuşdu.

Xəbər xətti