Kamal Mirzəyev oynadı, komandası heç-heçə etdi

17:04 - 8 Noyabr 2019

Küveyt Premyer Liqasında 6-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamal Mirzəyevin çıxış etdiyi "Əl-Salmiyə" "Əl-Qədsiyə"nin qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Kamal oyuna start heyətdə başlayıb və 70-ci dəqiqədə əvəzlənib.

 

"Əl-Salmiyə" 11 xalla 10 komanda arasında 3-cü yerdə qərarlaşıb.

Xəbər xətti