Millinin Lixtenşteynlə oyununun hakimləri açıqlandı

15:20 - 11 Noyabr 2019

Azərbaycan U-21 millisinin AÇ-2021-in seçmə mərhələsində Lixtenşteynə qarşı keçirəcəyi oyuna təyinatlar açıqlanıb.

 

Sportal.az xəbər verir ki, görüşü kiprli referi Lukas Sotirius olacaq. Ona yan xətlərdə Çaralambos Çaralambous və Yoannis Lazarous köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kriakos Kristodoulos yerinə yetirəcək.

 

Noyabrın 14-də Sumqayıtda "Kapital Bank Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq. Bu komandaların qrupdakı ilk duelində milli səfərdə 0:1 hesabı ilə uduzmuşdu.

Xəbər xətti