Türkiyə millisində Cenk Tosun şoku

01:15 - 14 Noyabr 2019

AÇ-2020-nin seçmə mərhələsinin son oyunlarında İslandiya və Andorra ilə qarşılaşacaq Türkiyə millisi ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, "Everton"un forvardı Cenk Tosun yığmanın məşqində zədələnib. 28 yaşlı hücumçu bu səbəbdən son oyunlarda Türkiyə yığmasına kömək etməyəcək.

 

Türkyə yığması noyabrın 14-də İstanbulda İslandiyanı qəbul edəcək. Şenol Güneşin rəhbərlik etdiyi kollektiv üç gün sonra Andorranın qonağı olacaq.

Xəbər xətti