AÇ-2020: Türkiyə, Fransa, İngiltərə və Çexiya final mərhələsində

Bu gün AÇ-2020-nin seçmə mərhələsində IX tura start verilib.

 

Sportal.az xəbər verir ki, A, B və H qruplarında 7 matç baş tutub.

H qrupunda qərarlaşan Türkiyə millisi İslandiyanı qəbul edib. “Ay-ulduzlu” yığma məğlub olmamaqla, final mərhələsinə vəsiqəni rəsmiləşdirib. Qrupun digər oyununda Moldovanı məğlub edən Fransa da adını final mərhələsinə yazdırıb.
 

A qrupunda qərarlaşan İngiltərə yığması da Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Qrupun digər görüşündə Kosovonu məğlub edən Çexiya millisi də final mərhələsinə yüksəlib.


AÇ-2020
Seçmə mərhələ, IX tur
14 noyabr (cümə axşamı)
 
A qrupu

 

İngiltərə - Monteneqro - 7:0

Qollar: Aleks-Oksleyd Çemberleyn, 11, Harri Keyn, 18, 24, 37, Markus Reşford, 30, Aleksandar Şofranats, 66 (avtoqol), Temmi Abraham, 84


Çexiya – Kosovo - 2:1
Qollar
: Aleks Kral, 71, Ondrey Çelustka, 79 - Arte Nuhiu, 50

 

B qrupu
 
Serbiya – Lüksemburq - 3:2

Qollar: Aleksandar Mitroviç, 11, 43, Nemanya Radonyiç, 70 - Jerson Rodriqes, 54, David Turpel, 75

 

Portuqaliya – Litva - 6:0

Qollar: Kriştiano Ronaldo, 7, 22, 65, Pitsi, 52, Qonsalu Pasyensiya, 56, Bernardu Silva, 63
        

H qrupu
 
Türkiyə - İslandiya - 0:0

 

Fransa – Moldova - 2:1

Qollar: Rafael Varan, 35, Olivye Jiru, 79  (pen.) - Vadim Ratsa, 9

 

Albaniya – Andorra - 2:2

Qollar: Bekim Balay, 6, Rey Manay, 55 - Kristian Martines, 18, 48

 

   

 

Tarix: 15 Noyabr [01:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2019
14  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio