Maksim Medvedevin durumuna aydınlıq gəldi

Azərbaycan millisinin düşərgəsində zədələndiyi üçün heyətdən çıxarılan "Qarabağ"ın futbolçusu Maksim Medvedevin son durumu müəyyənləşib.

 

Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, tibbi müayinədən keçən 32 yaşlı müdafiəçinin ayaq əzələsinin dartıldığı məlum olub. Onun təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

 

29 yaşlı futbolçu noyabrın 22-i Premyer Liqanın 12-ci turunda "Sumqayıt"a qarşı keçiriləcək matçı buraxacaq. Medvedevin Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda noyabrın 28-i "Sevilya"ya qarşı görüşdə isə oynayıb-oynamayacağı bəlli deyil.

Tarix: 19 Noyabr [11:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2019
14  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio