AÇ-2020: komandalar səbətlərə bölündü

AÇ-2020-nin seçmə mərhələsinə yekun vurulub. Final mərhələsinə vəsiqə qazanan 20 komandanın adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, yığmaların püşkatma zamanı hansı səbətdə yer alacaqları da məlumdur.

 

Noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək tədbirə 20 milli və Millətlər Liqasının pley-off mərhələsinin 4 qalibi qatılacaq. Pley-offdan gələcək komandalar 4-cü səbətdə yer alacaq.

 

Meydan sahibi olan iştirakçıların qrupları bilinir. Bu, bəzi rəqiblərin müəyyənləşməsinə də səbəb olub. Rusiya ilə Danimarkanın B qrupunda yer alacağı dəqiqdir.

 

AÇ-2020
Səbətlər

 

1-ci səbət

Belçika (B qrupu)
İtaliya (A qrupu)
İngiltərə (D qrupu)
Almaniya (F qrupu)
İspaniya (E qrupu)
Ukrayna (C qrupu)

 

2-ci səbət
Fransa
Polşa
İsveçrə
Xorvatiya
Hollandiya (C qrupu)
Rusiya (B qrupu)

 

3-cü səbət
Portuqaliya
Türkiyə
Danimarka (B qrupu)
Avstriya
İsveç
Çexiya

 

4-cü səbət
Uels
Finlandiya
A yolunda pley-offun qalibi
B yolunda pley-offun qalibi (E qrupu)
C yolunda pley-offun qalibi (D qrupu)
D yolunda pley-offun qalibi

Tarix: 20 Noyabr [15:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2019
10  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio