Rumıniya millisinin baş məşqçisi istefa verdi

01:01 - 21 Noyabr 2019

Rumıniya millisinin baş məşqçisi Kosmin Kontra istefa verib.

 

Sportal.az xəbər verir ki,  43 yaşlı çalışdırıcı AÇ-2020-nin seçmə mərhələsindəki uğursuz çıxışdan sonra bu qərarı verib.

 

Rumıniya qrup mərhələsində 10 oyuna 14 xal toplayıb və 4-cü olub. Lakin komandanın Millətlər Liqasında Avropa çempionatına yollanmaq şansları qalıb.

 

Avropa çempionatını qəbul edəcək şəhərlər arasında Rumıniyanın paytaxtı Buxarest də var.

Xəbər xətti