Van Damm heykəlinə görə Azərbaycana təşəkkür etdi - FOTO

18:59 - 21 Noyabr 2019

Məşhur idmançı-aktyor Jan-Klod Van Damm Qəbələnin Vəndam qəsəbəsində qoyulan heykəlinə görə Azərbaycana təşəkkürünü bildirib.

 

Sportal.az xəbər verir ki, 59 yaşlı aktyor Vəndamdakı heykəlinin fotosunu "Facebook" səhifəsində paylaşıb:

 

“Azərbaycanın Vəndam kəndində heykəltəraş Azad Əliyevin qoyduğu heykəl. Təşəkkür edirəm”.

 

Van Dammın "Facebook" səhifəsini 17 milyon insan bəyənib.

 

Xəbər xətti